Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkoln"un kapitanı dəyişib.
Newsport.az-ın məlumatına görə, avrokuboklarda Roy Çipolinanı Bernardu Lopeş əvəz edəcək. Bu barədə Cəbəllütariq təmsilçisinin rəsmi saytı məlumat yayıb. Vitse-kapitanlar isə Liam Uoker və Li Kasyaro olacaq.
Qeyd edək ki, "Qarabağ"la "Linkoln" arasında ilk oyun 11 iyul tarixində Cəbəllütariqdə keçiriləcək. Cavab görüşü isə iyulun 19-da Bakıda baş tutacaq.