ÇL-də qrup mərhələsinin 2-ci turuna yekun vurulur Yenilənir

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulacaq..

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə A, E, F, G və H qruplarında ümumilikdə 9 qarşılaşma keçiriləcək.

A qrupunun təxirə salınmış "Reyncers" (Şotlandiyada) - "Napoli" (İtaliya) matçı da bu gün olacaq.

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu İtaliyada "Milan"ın qonağı olacaq. E qrupunun digər matçında "Çelsi" Londonda "Zalsburq"la qarşılaşacaq.

Turnirin son qalibi "Real" F qrupunda "Leyptsiq"i qəbul edəcək.

G qrupunda "Mançester Siti" İngiltərədə "Borussiya" (Dortmund) ilə qarşılaşacaq. 

14 sentyabr

Çempionarl Liqası

Qrup mərhələsi, 2-ci tur

A qrupu

23:00. "Reyncers" (Şotlandiya) - "Napoli" (İtaliya)

Xal durumu: "Napoli" - 3. "Liverpul" - 3 (2 oyuna). "Ayaks" - 3 (2 oyuna). "Reyncers" - 0

E qrupu

20:45. "Milan" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Çelsi" (İngiltərə) - "Zaltsburq" (Avstriya)

Xal durumu: "Dinamo" - 3, "Milan" - 1, "Zaltsburq" - 1, "Çelsi" - 0

F qrupu

20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Seltik" (Şotlandiya)

23:00. "Real Madrid" (İspaniya) - "Leyptsiq" (Almaniya)

Xal durumu: "Şaxtyor" - 3, "Real Madrid" - 3, "Leyptsiq" - 0, "Seltik" - 0

G qrupu

23:00. "Kopenhagen" (Danimarka) - "Sevilya" (İspaniya)

23:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)

Xal durumu: "Mançester Siti" - 3, "Borussiya" - 3, "Kopenhagen" - 0, "Sevilya" - 0

H qrupu

23:00. "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya)

23:00. "Makkabi" (Hayfa, İsrail) - PSJ (Fransa)

Xal durumu: Benfika - 3, PSJ - 3, "Yuventus" - 0, "Makkabi" - 0.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right