"Viktoriya" - "Qarabağ" matçının hakimləri açıqlandı

Çexiyada keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” və “Qarabağ” klubları arasında keçiriləcək cavab matçının hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Artur Diaşdı, ona yan xətt hakimləri Ruy Tavareş və  Paulu Soareş kömək edəcək. Dördüncü hakim funksiyasını Fabio Verisimo yerinə yetirəcək. VAR hakimləri Luiş Qodinyu və Tyaqu Martinş olacaq.

Avqustun 23-də Plzendə keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı saat 23:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right