"Qarabağ"ın "Viktoriya"ya (Plzen) qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün biletlər satışa çıxarılıb.
Newsport.az-ın məlumatına görə, matça maraq böyükdü. Səhər saatlarından Tofiq Bəhrəmov adina Respublika stadionunun kassalarının önündə izdiham yaşanıb.
“Qarabağ” – “Viktoriya” matçı avqustun 17-i saat 20:45-də start götürəcək.