UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılıb.
Newsport.az xəbər verir ki, milli komandamızın forvardı Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Şimali Makedoniyanın "Şkupi" komandasına qalib gələrsə, üçüncü mərhələdə "Ludoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan çempionu "Qarabağ" "Sürix"i mübarizədən kənarlaşdırsa, üçüncü mərhələdə "Ferentsvaroş" - "Slovan" cütünün qalibi ilə üz-üzə gələcək.