“Lex” Bakıya yola düşdü FOTOLAR

“Lex” (Polşa) “Qarabağ”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya yola düşüb.

Newsport.az-ın məlumatına görə, Poznan təmsilçisi çarter reysi ilə Azərbaycana yollanıb. Uçuşun təxminən 4,5 saat çəkəcəyi gözlənilir.

Saat 18:40-da Tofiq Bəhramov adına Respublika stadionunda “Lex”in baş məşqçisi Con van den Bromun mətbuat konfransı, saat 19:00-da isə komandanın açıq məşqi olacaq.

İyulun 12-də keçiriləcək “Qarabağ” – “Lex” oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə “köhlən atlar” minimal hesabla uduzub – 0:1.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right