"Qarabağ" - "Lex": Mətbuat konfransı və açıq məşqin vaxtı məlum oldu

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Lex” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, öncə media nümayəndələrinin qarşısına "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov çıxacaq. 50 yaşlı mütəxəssisin mətbuat konfransı sabah saat 17:30-da baş tutacaq. 17:50-də isə "Azersun Arena"da "Qarabağ"ın ilk 15 dəqiqəsi media üçün açıq olan məşqi keçiriləcək.

"Lex"in baş məşqçisi Con Van den Brom saat 18:40-da jurnalistlərin suallarını cavablandıracaq. Komandanın Tofiq Bəhramov adına Respublika Stadionundakı məşqi 19:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right