"Neftçi"nin yüksək səviyyəli futbolçuları var" - Sxadadze

“Dinamo”nun baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının I təsnifat mərhələsinin “Neftçi” ilə oyunundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə bunları deyib:

- Əziz dostlar, hörmətli müxbirlər, xüsusən də Azərbaycandan gələnlər, hamınızı salamlayıram. Sizi burada görmək xoşdu. Özüm Azərbaycanda 8 il çalışmışam və gözəl xatirələrim qalıb. O dövrlər mənim üçün əzizdi, orda yaxşı vaxtlar keçirdik. Çox şadam ki, biz bir aradayıq. Təbii ki, qarşıdakı oyun hər iki tərəf üçün vacib matçdı.

-  Klubun rəhbərliyi bildirib ki, “Neftçi”yə uduzmaq faciə olmaz. Siz nə fikirləşirsiniz?
- Hər bir oyun komanda üçün vacibdi. Biz də sabah qalib gəlməyə çıxacağıq.

- Komandanı gücləndirmək istəyirsiz? Gənclərə şans verəcəksiniz?
- Bütün gənclərə fürsət və şərtlər yaradılmalıdı ki, onlar bacarıqlarını göstərsinlər. Bunun üçün də komanda gənclərə şərait yaradacaq.

- Transferlərlə bağlı vəziyyət nə yerdədi?
- İndi elə dövrdü ki, transfer haqda düşünürük. Amma təbii ki, bu, maddiyyatla bağlı olduğuna görə ehtiyat edirik. Əsas fikirlər də azad agentləri gətirməyə yönəlir. Komandaya yeni oyunçu cəlb edilib. Adını çəkməyəcəyim bir futbolçu başqa komandaya getdi. Başqa oyunçu ilə də danışmışdıq, tibbi baxışı keçə bilmədi alınmadı.

- Komandaya gələndə büdcəni müzakirə etməmişdiz?
- Təbii ki, büdcə ilə maraqlanmışdım. Sadəcə ilin ortasında gəldiyimə görə mövcüd olan büdcəni qəbul edib uyğunaşmalıydım. İşlər onun üzərində qurulmalıydı. Məni bəziləri bəyənmir, bu heç nəyi dəyişmir. Komandanın yaxşılığı üçün əlimdən gələni edəcəm.

- “Neftçi” və “Dinamo”nu necə müqayisə edərdiniz?Hansı komanda üstündü?
- “Neftçi”ni gözəl və yaxşı tanıyıram. “Neftçi” oturuşmuş komandadı, yüksək səviyyəli oyunçuları var, oyunları oturub. Ona görə sabah yüksək səviyyəli oyun olacaq. Öz komandamın uğuru üçün əlimizdən gələni edib, “Neftçi”nin qarşısını alıb, zəif cəhətlərindən istifadə edib qələbə üçün oynayacağıq.

- Adınız tez-tez klublarımızla hallanır. Hətta bir ara “Neftçi” ilə yanaşı çəkilirdi. Bəs, sizin dövrdəki çempionatımızla bugünki gündəki çempionatımız  arasında hansı fərqləri görürsüz?
- Azərbaycanda çalışdığım dövrdəki çempionatın səviyyəsi yüksək idi. Həmin dönəmdə 5-6 yüksək büdcəli, yüksək səviyyəli klublar var idi. Hansı ki, çempionluq uğrunda mübarizə aparırdı. “Neftçi” də hər zaman çempionluq üçün yarışıb. Samir Abasov baş məşqçi təyin olunandan sonra uzun illərin ardından çempion olub. “Qarabağ”ın hegemonluq dövrü bitdi. Keçmişlə indiki liqanı müqayisə edə bilmərəm. Çünki liqa ilə yaxından tanış olmaq lazımdı. Mən isə orda iştirak etmirəm. Sadəcə indiki rəqibimiz “Neftçi”di deyə, onları araşdırmışıq.

- “Neftçi”ni yaxşı tanımağınız sizin üçün üstünlük yaradır?
- Azərbaycanda işləməyimin üstündən 6 il keçib. Geridə qalan illərdə “Neftçi”də məşqçilər, rəhbərlik, futbolçular, oyun stili dəyişib. Orada işləməyim heç nəyi dəyişmir. Onlar güclənib, oturuşmuş oyun oynayırlar. Yəni bizim üçün üstünlük deyil. Komandamız çox ağır dönəm yaşayır. Dörd gündən bir oyun keçiririk, bir dəfə məşq etmək vaxtımız var idi. Eyni anda daxili liqada, ÇL-də oynamaq çox ağırdı, hazırlıq üçün vaxtımız çox azdı. Amma əlimizdən gələni etdik. Biz xahiş etdik ki, bir oyunumuz təxirə salınsın, ÇL-ə yaxşı hazırlaşaq. Təəssüf ki, təxirə salınmadı. Hazırlıq üçün vaxtımız az oldu. “Neftçi”ni yaxşı araşdırmışıq. Əslində onların oyunu bizim oyuna çox bənzəyir. Üç müdafiəçi ilə oynayırlar, fərdi keyfiyyətləri yüksək olan oyunçular var. Sabahkı oyun çətin olacaq.

- “Neftçi”də sizə tanış olan üç futbolçunuz olub – Samir Abasov, Voyislav Stankoviç və Sezar Meza Kolli. Onlar haqda hansı fikirdəsiz?
- Onları çox yaxşı tanıyıram. Samir Abasovun “Neftçi”nin çempion olmasında böyük payı var. Onun gəlişi “Neftçi”nin çempionluq xüsusi rol oynadı. Samir Abasov qoşulmamış “Neftçi”nin şansı yox idi. Amma sonradan başqa cür oldu. Nəticəni də gördük. Voyislav Stankoviç də aparıcı futbolçudu, gözəl oyunçudu. Bizim dönəmimizdə “İnter”ə qoşulmuşdu. Elə liderliyi nəticəsində də “Neftçi”yə qoşuldu. Hər üçü uğurlu insanlardı. Onların təcrübəsi sabahkı oyunda təsirini göstərəcək. Bir vaxt eyni komanda olmuşuq, sabah rəqib olacağıq.

- Sezar Meza Kolli ilə münasibətinizin yaxşı olmadığını futbolçu özü bildirib. Ona qarşı oyunla bağlı xüsusi planınız olacaq?
- Bunu haradan eşitmisiniz?

- Özü mətbuata açıqlayıb...
- Onun müsahibəsilə tanış olmuşam, əmin olacaqsınız ki, aramızda heç nə olmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right