"Neftçi"nin rəqibi "Olimpiakos" oldu

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir vaxtı ilə saat 14:00-da başlayacaq.

Ölkəmizi bu turnirdə təmsil edəcək “Neftçi”nin də mümkün rəqibi bəlli olacaq. "Ağ-qaralar" birini təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Dinamo”nu (Tbilisi) keçsə, 2-ci mərhələdə səpələnməmişlər sırasında yer alacaq. Püşkdən öncə komandalar qruplara bölünüb. "Neftçi"nin potensial rəqibləri “Teuta” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi və bu mərhələdən mübarizəyə qoşulacaq “Olimpiakos”la (Yunanıstan), “Srvena Zvezda”dır (Serbiya).

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları 20-21 iyul və 27-28 iyul tarixlərində keçiriləcək.


Səpələnmişlər

"Olimpiakos" (Yunanıstan)

"Srvena Zvezda" (Serbiya)

"Teuta" (Albaiya) – "Şerif" (Moldova) cütü


Səpələnməmişlər

"Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan) cütü

"Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan) cütü

"Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan) cütü

“Neftçi” üçün məşhur rəqib

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Tiflis “Dinamo”su il üz-üzə gələcək “Neftçi”nin ikinci mərhələdəki rəqibi də bəlli olub. Bakı klubu Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right