"Neftçi"nin ilk rəqibi məlum oldu

Son Azərbaycan çempionu "Neftçi"nin yoxlama oyunundakı ilk rəqibi müəyyənləşib.

Bu, Polşa "Legiya"sıdır. Klubun rəsmi saytı bununla bağlı açıqlama yayıb. Görüşün iyunun 20-də Avstriyanın Zalsburq əyalətinin Leoqanq kommunasında keçiriləcəyi bildirilib. İyunun 23-də isə "Legiya" Rusiya "Krasnodar"ı ilə qarşılaşacaq.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 6-7 iyulda, cavab görüşləri 13- 14 iyulda keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right