"Qarabağ" "Ayaks"a irad bildirdi FOTO

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" (Ağdam, Azərbaycan) - APOEL (Kipr) cütünün qalibi pley-offda PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) duelinin mərhələ adlayan tərəfi ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, "Ayaks"ın rəsmi "Facebook" səhifəsi bununla bağlı paylaşım edərkən qüsurlara yol verib.

Amsterdamlılar "Qarabağ"ın ulduzsuz loqosundan istifadə edib. Ağdam təmsilçisinin "Facebook" səhifəsi "Ayaks"ın yanlışlığa yol verdiyini diqqətinə çatdırıb.

"Ancaq bu, bizim loqomuz deyil", - deyə admin heyəti rəy yazıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right