"Qarabağ" ÇL-də qrupa vəsiqə qazanacaq" - "Dundalk"ın futbolçusu

"Bizim üçün çox yaxşı təcrübə oldu. Ancaq nəticəyə görə təəssüflənirəm. İstədiyimiz oyunu nümayiş etdirəcəyimizi düşünürdüm. Ancaq rəqib buna imkan vermədi və bizi mübarizədən kənarlaşdırdılar.  Qəbul etməli olduğumuz nəticədir".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Dundalk"ın futbolçusu  Daniel Kelli Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları cavab oyunundan sonra İrlandiya mətbuatına deyib.

O, Ağdam klubunun ÇL-in qrup mərhələsində düşəcəyini bildirib: "Biz isə bazar ertəsi Slovakiyaya gedəcəyik. Avroliqada hələ də şansımız var. Optimist və realistəm. Avropa Liqasının qrup mərhələsinə düşmək şansımız hələ də qalır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right