“Sabah” "KuPS"a qalib gəldi Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib.

Newsport.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən “Sabah” öz meydanında Finlandiya çempionu "KuPS"u qəbul edib və 1:0 hesablı qələbə qazanıb.

Tərəflər arasında cavab oyunu bir həftə sonra Finlandiyada keçiriləcək. 

Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.

21 iyul

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, ilk oyun 

20:00. “Sabah” (Azərbaycan) - "KuPS" (Finlandiya) - 1:0 

Qol: Velko Simiç, 45+1

Baş hakim: Lukaş Kujma (Polşa)
Masazır stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right