Çempionlar Liqasında gecənin nəticələri Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Azərbaycan təmsilçisi “Qarabağ” Şimali Makedoniyada “Şkendiya”nın qonağı olub və 1:0 hesablı qələbə qazanıb. “Malmö” Isveçdə Danimarka “Kopenhagen”i ilə heç-heçə edib. Kiyev "Dinamo"su "Pafos"a (Kipr) uduzub. "Reyncers" (Şotlandiya) isə "Viktoriya"nı (Çexiya) məğlub edib.

Turun daha 6 oyunu isə sabah keçiriləcək.

5 avqust

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar

21:00 "Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka) - 0:0

22:00 "Dinamo" (Kiyev, Ukrayna) – "Pafos" (Kipr) - 0:1

Qol: Anderson, 84

22:00 "Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan) - 0:1

Qol: Toral Bayramov, 18-pen.

22:45 "Reyncers" (Şotlandiya) – "Viktoriya" (Plzen, Çexiya) - 3:0

Qollar: Qassama, 15, 51, Dessers, 45-pen.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right