Hazırda Azərbaycan Birinci Divizionun ilk turunda çempionatın debutantı "Zirə" klubu doğma meydanda MOİK-i qəbul edir.
Newsport.az saytının məlumatına görə, oyunun start fiti səsləməmişdən öncə maraqlı hadisələr yaşanıb. Belə ki, matçın 4-cü hakimi Qorxmaz Eldarovun xəbərdarlığına baxmayaraq meydan sahibləri öyunöncəsi məşqi tərk etmək istəməyib. Daha sonra zirəlilər 4-cü hakimin oyuna çıxmaq xəbərdarlığına da məhəl qoymayıblar. Qorxmaz Eldarov isə bu olanların hamısını oyunun protokoluna qeyd edəcəyini klub rəhbərliyinə bildirib.
Qeyd edək ki, hazırda davam edən matçda hesab açılmayıb. Oyunun 7-ci dəqiqəsində hakim Elvin Əsgərovun MOİK-in qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsini Ceyhun Abdullayev dəqiq yerinə yetirə bilməyib.