"Qəbələ" növbəti transferini həyata keçirib.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi israilli yarımmüdafiəçi Feras Abu-Akalla anlaşıb.
25 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb. O, 6 nömrəli formanı geyinəcək.
Feras "Hapoel İroni", "Aşdod" klublarında çıxış edib.
"Qəbələ" Ferasa qədər İlkin Qırtımov, Səlahət Ağayev və Felipe Santosu transfer etmişdi.