"Lex"lə oyunlarda da hücum futbolu göstərəcəyik" Veşoviç

"İlk oyunumuzu səfərdə keçirəcəyik. Həmişə hücum futbolu sərgiləyirik. Yəqin ki, yenə belə olacaq”.

Newsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə keçiriləcək oyun barədə Polşa mətbuatına açıqlamasında deyib.

Monteneqro millisinin üzvü ilk görüşün Poznanda keçirilməsinin "Qarabağ" üçün müsbət hal olduğunu bildirib: “Cavab matçını evdə keçirməyimiz yaxşıdır. Poznandan əlverişli nəticə ilə dönmək vacibdir. Öz stadionumuzda yaxşı atmosfer olur. Ona görə də, daha asan olacaq”.

“Qarabağ”dan əvvəl - 2018 - 2021-ci illərdə Polşada “Legiya”nın formasını geyinmiş Veşoviç orada xoşagəlməz anlar yaşadığını qeyd edib:  “Klubdakı insanlarla problemim var idi. Mənə hörmət etmədiklərini hiss etdim. Bərpa dönəmindəki hərəkətləri hörmətsizlik idi. Ailəm və hətta azarkeşlər də nə baş verdiyini bilirdilər”.

Qeyd edək ki, “Qarabağ” “Legiya” ilə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right