Tərlan Quliyevin yeni klubu

"Şamaxı"dan ayrılan Tərlan Quliyev "Turan Tovuz"a keçib.

Newsport.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Millimizin sabiq üzvü "Neftçi", "Qarabağ", "Kəpəz" və "Sumqayıt"da da çıxış edib.

Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada oynayacaq "Turan Tovuz" bu gün Şəhriyar Əliyev, Kamal Bayramov və Tərlan Əhmədlinin də transferini açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right