"Səbail"in yeni transferi Qustavo Moreno de França instaqram hesabında paylaşım edib.
Newsport.az xəbər verir ki, braziliyalı futbolçu paytaxt klubuna keçidi haqda yazıb:
"Yeni səhifə, eyni məqsəd. Şükür Allaha. Gəl, birlikdə gedək, "Səbail"!".
Mahmud Qurbanovun baş məşqçisi olduğu klub braziliyalı ilə 1 illik müqavilə imzalayıb.
