Mərdanov da “Kəpəz”ə qayıtdı

“Kəpəz”in əvəzedici komandasının baş məşqçisi müəyyənləşib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Xaliq Mərdanov təyin olunub. Onunla bir illik müqavilə bağlanıb.

Azərbaycan millisinin sabiq üzvü 2015-2017-ci illərdə əsas komandanın məşqçilər korpusunda yer alıb. O, ümumilikdə 9 il “Kəpəz”də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right