"Qəbələ"dən "Turan Tovuz"a keçir

Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq "Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 

Newsport.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi "Qəbələ"dən ayrılan Ehtiram Şahverdiyevlə razılıq əldə edib.

 

Qeyd edək ki, Ehtiram Şahverdiyev "Qəbələ"nin yetirməsidir. O, son mövsümü "qırmızı-qaralar"ın heyətində keçirib. 26 yaşlı cinah müdafiəçisi meydana çıxdığı 17 matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right