"Zirə" heyətini iki futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, qəsəbə təmsilçisi Slavik Alxasov və Mirsayib Abbasovla anlaşıb.
Alxasovla iki illik, Mirsayiblə 1 illik müqavilə imzalanılıb.
Mirsayib Abbasov 2018-2019-cu illərdə "Zirə"də forma geyinib. Sonradan isə o, "Səbail"ə yollanmışdı.