"Turan Tovuz" "Qarabağ"ın sabiq futbolçusu ilə maraqlanır

"Sumqayıt"dan ayrılan Eltun Turabov yeni mövsümdən başqa komandada oynayacaq.

Newsport.az-ın məlumatına görə, müdafiəçiyə "Turan Tovuz"dan təklif gəlib.

Ayxan Abbasovun Turabovu sərəncamında görmək istədiyi və buna görə də klubun onunla ilkin danışıqlara başladığı bildirilir. Tərəflər razılıq əldə edərsə, futbolçu yeni mövsüm məhz Qərb klubunda başlayacaq.

25 yaşlı futbolçu “Sumqayıt”da Ayxan Abbasovun rəhbərliyi altında oynayıb. Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının sabiq üzvü karyerasına “Qarabağ”da başlayıb. O, “Xəzər”(Bakı), “Sabah”, “Biliş” klubunda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right