Kevin Medina: "Özümü tam hazır hiss edirəm"

"Qarabağ"ın futbolçusu Kevin Medina klubun rəsmi saytına açıqlama verib.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin hazırlığına qoşulan 29 yaşlı müdafiəçi bunları qısa müddətli tətil zamanı Portuqaliya və vətəni Kolumbiyaya getdiyini deyib:

"Tətil qısa olduğu üçün zaman çox tez keçdi və deyərdim ki, istirahət etməyə vaxt olmadı. Valideynlərim mövsümün ikinci yarısını mənimlə birgə Azərbaycanda keçirmişdilər. Buna görə də biz mövsüm bitən kimi Bakıdan birbaşa Portuqaliyaya yollandıq. Mənim qızım məhz bu ölkədədir. Valideynlərim ilk dəfə övladımı gördülər, yaxından tanış oldular. Daha sonra Kolumbiyaya yollandıq. Ölkəmdə istirahət günlərimi dostlarımla keçirdim və bəzən futbol da oynadıq. Çox istirahət etməyə vaxt olmadı. Bu gün isə yeni mövsümün hazırlığına qoşuldum. Özümü tam hazır hiss edirəm".

Qeyd edək ki, Medina mayın 12-də "Qarabağ"la 2025-ci ilin yayınadək yeni müqavilə imzalayıb. O, 2020-ci ildən bu komandada oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right