“Neftçi” daha beş məşqçini göndərdi

“Neftçi”  məşqçilər korpusuna daxil olan köməkçi məşqçilərlə yolları ayırıb.

Newsport.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Seymur Rəhimov, Vəfadar Quliyev, Mübariz Orucov, qapıçılar üzrə məşqçi Etibar Tarıverdiyev və fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib. 

Qeyd edək ki, Etibar Tarıverdiyev 2018-ci ilin iyunundan, Seymur Rəhimov və Vəfadar Quliyev 2020-ci ilin noyabrından, Eduardo Karo 2021-ci ilin yanvarından, Mübariz Orucov isə 2021-ci ilin iyunundan “Neftçi”də çalışırdı.

Daha əvvəl klub baş məşqçi Samir Abasovla da müqavilənin uzadılmamasına qərar verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right