Peter Pekarik: "Azərbaycan yığmasına oyun sahəsi verməməliyik"

"Rəqibimiz müdafiə futboluna üstünlük verən və meydanın mərkəzində təcrübəli oyunçulara malik komandadır".

Newsport.az-in məlumatına görə, bunu Slovakiya yığmasının futbolçusu Peter Pekarik Bakıda Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur matçı barədə danışarkən deyib.

36 yaşlı müdafiəçi öz oyunlarına diqqət etməli olduqlarını bildirib: "Biz rəqibə oyun sahəsi versək, kombinasiyalı hücumlar qura bilərlər. Fəallıq, konsentrasiya və gücümüzü artırmalıyıq. Yalnız Qazaxıstana qarşı çıxışımız görüşün gedişini alt-üst etdi. Çoxlu vəziyyətimiz olmadı, amma əldə etdiyimiz imkanlardan yararlanmalı idik".

Pekarik baş məşqçi Ştefan Tarkoviçin istefaya göndərilməsi barədə də danışıb: "Bu, komandamız üçün heç də asan olmadı. Onunla peşəkarcasına vidalaşdıq. Qazaxıstanla matçdakı nəticəyə görə hamımız günahkarıq".

Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right