Ukraynalı baş məşqçi: "Azərbaycandan təklif almışdım, getmək istəmədim"

"Azərbaycandan təklif var idi, amma mən ora getmək istəmədim".

Newsport.az-ın məlumatına görə, bu barədə Ukraynanın "Vorskla" komandasının baş məşqçi postunu bir müddət öncə tərk etmiş Yuri Maksimov gələcək planları barədə danışarkən deyib.

Vaxtilə "Keşlə"nin (hazırkı "Şamaxı") baş məşqçisi olmuş ukraynalı mütəxəssisin Azərbaycanda yenidən çalışmaq imkanı olub. Lakin o, təklifindən imtina etdiyi komandanın adını açıqlamayıb.

Bununla belə, Maksimov baş məşqçi fəaliyyətini davam etdirmək istədiyini söyləyib: "Həyat bununla başa çatmır, davam edir. Hazırda əsas məsələ budur ki, Ukraynada müharibə başa çatsın. Sonra isə futbol barədə düşünəcəyik. Təklif olarsa, məmnuniyyətlə qəbul edərəm. İstənilən təklifə hazıram. Kim birinci təklif etsə, ora gedəcəyəm".

Təcrübəli mütəxəssis onu istefaya göndərmiş "Vorskla" rəhbərliyinə qarşı incikliyinin olmadığını söyləyib: "Mən bu mövzuda ümumiyyətlə danışmaq istəmirəm".

Qeyd edək ki, "Vorskla"nın baş məşqçi postuna Viktor Skriptin təyinat alıb. Yuri Maksimov 2017/2018 mövsümünün ikinci yarısında "Keşlə"nin baş məşqçisi olub. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right