"Qarabağ"ın futbolçusu Kvabena Ovusu karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Newsport.az saytının məlumatına görə, yeni mövsümdə I liqada çıxış edəcək "Sakaryaspor" qanalı hücumçunu heyətinə qatmaq istəyir.
Son sezonu icarə əsasında "Ankaragücü"ndə keçirən Ovusu bu komanda ilə 23 matçda 10 qol vurub, 4 məhsuldar ötürmə edib.