"Onlar bir-birləri üçün ölməyə hazırdırlar"

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda İtaliya ilə matç ərəfəsində ingilis futbolçuların fədakarlığına diqqət çəkib.

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, mütəxəssis oyunçularının ünvanına bu sözləri səsləndirib:

“Bu, futbolçuların keyfiyyəti və ya təcrübəsi ilə bağlı deyil. Onlar meydanda bir-birləri üçün ölməyə hazır olmalarıdır. Həmin əzmkarlığı Münhendə Almaniya ilə görüşdə bir daha göstərdilər. Onlar paltardəyişmə otağında çətinliklə yeriyə bilirdilər. Futbolçularımın göstərdikləri fenomenal bir səydir. İtaliya ilə oyundan öncə komandada dəyişikliklər edəcəyik. İndi demək olar ki, bütün komandalar Millətlər Liqası matçlarında fərqli oyunçuları sınayırlar. Ciddi rəqiblərimiz var, lakin futbolçuların rifahını, dünya çempionatına hazırlaşdıqlarını da unutmaq olmaz. Bu turnir hazırlıq baxımından çox vacibdir”. 

Qeyd edək ki, İngiltərə İtaliya oyunu iyunun 11-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right