“Cəbrayıl”ın UEFA Region Kubokundakı rəqibi müəyyənləşdi

UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək “Cəbrayıl”ın rəqibi müəyyənləşib.

Newsport.az xəbər verir ki, Cavid Hüseynovun baş məşqçisi olduğu komanda yarışın ilkin mərhələsində Belarus “Kolos”u ilə üz-üzə gələcək. Bu komandalar 2-ci qrupda yarışacaqlar. Oyunlar Şamaxı Olimpiya Kompleksində keçiriləcək.

1-ci qrupun matçları isə Bakıda “Ask Arena”da təşkil olunacaq. Həmin qrupda “Basiani” (Gürcüstan), "Kaskelen" (Qazaxıstan) və "Tallina Zapoos" (Estoniya) mübarizə aparacaqlar.

Qrup matçları 23-29 iyunda keçiriləcək. Qrupun iki qalibi arasında keçiriləcək oyundan sonra qalibin növbəti mərhələdə hansı qrupda oynayacağı qətiləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right