Anatoli Nuriyev Azərbaycanda klubunu dəyişdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyev bundan sonra "Sabah"ın uğurları üçün çalışacaq. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb.

Nuriyev karyerası ərzində Ukraynanın “Stal” (2018), “Minay” (2018-2021), “Kolos” (2021-2022) klublarında çıxış edib. Futbolçunun son komandası “Sumqayıt” olub.

Anatoli “Sabah”da 9 nömrəli formada çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right