"Özümü tam hazır his edirəm" Kadi Borges

"Qarabağ"ın Kadi Borges klubun rəsmi saytına açıqlama verib.

Newsport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi istirahətdən sonra təlim-məşq toplanışına hazır olduğunu deyib:

“İstirahət etmək üçün günümüz çox olmasa da, az vaxtdan səmərəli istifadə etməyə çalışdıq. Həyat yoldaşım hamilə olduğu üçün Braziliyaya yollana bilməzdik. Çünki yol uzun müddətlidir. Bu səbəbdən istirahətimizin bir hissəsini Azərbaycanda keçirtdik. Daha sonra 5 günlük Dubaya yollandıq və orada dincəldik. Ümumiyyətlə, hər şeydən razı qaldıq. İndi isə yeni mövsümün hazırlığını gözləyirik. Özümü toplanışa tam hazır hiss edirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right