"3 xal qazana bilmədiyimiz üçün məyusuq" Belaruslu futbolçu

Belarus yığmasının qapıçısı Pavel Pavlyuçenko Millətlər Liqasının 2-ci turunda Azərbaycanla qolsuz heç-heçə etdikləri matç barədə danışıb. 

Newsport.az xəbər verir ki, 24 yaşlı qolkiperin Belarus Futbol Federasiyasının rəsmi saytına açıqlamasında deyib:

"3 xal qazana bilmədiyimiz üçün məyusuq. Biz rəqibi sıxmalı idik. Çünki onlar oyunun sonlarında qırmızı vərəqə almışdılar. Bizə qələbə lazım idi. İlk növbədə komanda oyunu gəlir. Düzdür, 1 xal qazandıq, top buraxmadım, amma top buraxıb 2:1 hesabı ilə qalib gəlsək, bundan yaxşı olardı. Bayağı səslənsə də, Qazaxıstanla oyuna ancaq 3 xal, ancaq qələbə üçün çıxacağıq".

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right