“Mançester Yunayted”də növbəti ayrılıq

İngiltərənin “Mançester Yunayted” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, “qırmızı şeytanlar” Pol Poqbanın ardından Cessi Linqardla da vidalaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə müqavilənin bu ayın sonuna qədər olduğunu xatırladan klub, onunla yeni sözləşmə imzalanmayacağını bəyan edib.

Kiçik yaşlarından “Mançester Yunayted”də forma geyinməyə başlayan Linqard, bu klubun əsas komandasında bütövlükdə 232 oyuna çıxıb, 35 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right