“Zirə”də məşqçi dəyişikliyi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov məşqçilər korpusunda dəyişikliyə ehtiyac duyub. O, komandaya yeni sima cəlb edib.

Newsport.az xəbər verir ki, qapıçılarla işləyən məşqçi Anar Niftəliyev bundan sonra əvəzedici heyətlə çalışacaq. Onun yerinə isə daha təcrübəli biri dəvət edilib.

Belə ki, “Səbail”də Aftandil Hacıyevin məşqçilər korpusunda yer alan Fərhad Vəliyev bundan sonra “Zirə” düşərgəsində yer alacaq. Bayıl təmsilçisindən Hacıyevlə birlikdə ayrılan sabiq qolkiperin işsiz günləri uzun çəkməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right