“Səbail”də növbəti ayrılıq

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu qapıçı Elxan Əhmədovla vidalaşıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, müqavilə müddəti sona çatan futbolçu ilə yolların ayrılması barədə qərar qəbul edilib.

“Səbail” PFK Elxana gələcək karyerasında uğurlar arzu edib. Sözügedən klub daha öncə Nikolas Raysel və Domantas Şimkusla da yollarını ayırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right