Qurban Qurbanovun hansı müdafiəçiyə qarşı oyunu alınmayıb?

“Boyum uzun olmasa da, futbolçu vaxtı hava toplarında yaxşı olmuşam”.

Newsport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində idman ictimaiyyəti ilə görüşündə deyib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrin suallarını cavablandıran 50 yaşlı mütəxəssis futbolçu karyerasında üz-üzə gəldiyi ən çətin futbolçunun adını açıqlayıb: “Milli komandada oynadığım müdafiəçilər arasında bir nəfərə qarşı hava topunda uduzmuşam. Bu, Finlandiya yığmasının o vaxtkı müdafiəçisi Sami Hyupya idi. Bircə ona hava toplarında uduzmuşam. Nesta, Kannavaro kimi rəqiblərə qarşı hava toplarında mən daha çox qalib ayrılırdım. Hətta Finlandiya ilə oyunda uşaqlara deyirdim ki, mən ona qarşı daha yaxın olacam, topu ora atın. Prinsip apardım ki, onu hava mübarizəsində üstələyim. Amma heç bir epizodda da onu üstələyə bilmədim”.

O, ən yadda qalan iki qolunu fərqləndirib: “Mənim yadımda qalan qol başqa, azarkeşlərin xatırladığı qol başqadır. Serbiya və Çernoroqiyaya vurduğum qolu deyərdim. Bir də “Fakel”dəki ilk matçımda akrobatik tullanışla vurduğum top. Voronejdə populyarlaşmağımda o qolun böyük rolu oldu”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah