Kadi Borqesə mükafatı təqdim olundu FOTOLAR

Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün ən məhsuldar oyunçusu “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borqes oldu.

Newsport.az-ın məlumatına görə, braziliyalı son turun “Neftçi”yə qarşı görüşündə (4:1) fərqlənərək ən yaxın izləyicilərini bir qol qabaqladı və 12 qolla çempionatın ən sərrast futbolçusu adına layiq görüldü.

Cari mövsümün son oyunu - "Qarabağ" - "Neftçi" qarşılaşması başa çatandan sonra keçirilən mükafatlandırma mərasimində Kadiyə xüsusi hədiyyə təqdim edildi. 

Qeyd edək ki, Kadi Borqes Azərbaycan çempionatları tarixində Reynaldo Silvadan sonra 2-ci braziliyalı bombardirdir. 

 











Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right