Elxan Abdullayev: "Qalib gələ bilmədik, amma millimiz rəqibi təzyiq altında saxladı"

Azərbaycanın U-17 yığmasının baş məşqçisi Elxan Abdullayev AFFA-nın rəsmi saytına açıqlama verib.

Newsport.az xəbər verir ki, Abdullayev yığmanın bu gün Gürcüstanda təşkil edilən UEFA İnkişaf turnirində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyundakı 0:1 hesablı məğlubiyyətini şərh edib:

"Çox maraqlı oyun keçdi. İlk qarşılaşmada komandamızda görmədiyimiz müsbət cəhətləri, bu oyunda müşahidə etdik. Baxmayaraq ki, qalib gələ bilmədik, amma millimiz 90 dəqiqə rəqibi təzyiq altında saxladı. Əldə etdiyimiz fürsətləri realizə edə bilmədik. Ümumilikdə oyundan razı qaldım. Beynəlxalq təcrübə baxımından gənc futbolçular üçün belə turnirlərdə iştrak etmək çox faydalıdır. Məqsədimizə çatmaq üçün oyunumuzu daha da yaxşılaşdırmalıyıq və bu istiqamətdə inkişafımızı davam etdirməliyik. Komandamız yaxşıdır və mən uşaqlara inanıram".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right