“Qəbələ” və “Neftçi”ni azarkeşləri ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Newsport.az xəbər verir ki, iclasda Premyer Liqanın 26-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Qəbələ” – “Neftçi” oyununda “Qəbələ”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.
 
“Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.
 
“Neftçi”nin azarkeşləri tərəfindən meydana pirotexniki vasitə atıldığı üçün klub 1600 manat cərimə olunub.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah