Qurban Qurbanov "Qarabağ"la 250-ci qələbəsini qazanıb

“Qarabağ” komandası baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 250-ci qələbəsini qazanıb.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, XVI turdan təxirə salınmış “Sumqayıt”la oyunda gerçəkləşib. 5:0 hesabı ilə qalib gələn Ağdam klubu 50 yaşlı mütəxəssislə 250-ci dəfə üç xal qazanıb.

2008-ci ilin yayından “Qarabağ”a rəhbərlik edən Qurbanov bu müddətdə komandanı 416 çempionat görüşünə çıxarıb. Bunların 250-də qələbəyə sevinən mütəxəssis 105 heç-heçə və 61 məğlubiyyət də yaşayıb.

Qeyd edək ki, Qurban Qurbanov həm bir komanda ilə, həm ümumi qələbə sayında baş məşqçilər arasında ölkə çempionatları tarixinin rekordçusudur.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah