"Sabah" Azərbaycan Premyer Liqasının 26-cı turunda "Səbail"lə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi bu görüşə itki ilə çıxacaq. Fil Dişi Sahilindən olan hücumçu Fofana Tiemoko zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Səbail" - "Sabah" qarşılaşması 8 may tarixində, saat 18:00-da "ASCO Arena"da baş tutacaq.