“Səbail”in futbolçusu Tural Bayramlı Yunansıtana qayıda bilər.
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi “İonikos”un transfer siyahısındadı.
Superliqa təmsilçisi Bayramlını “Pierikos”a keçməmişdən qabaq izləyib və heyətinə qatmaq istəyib. Amma futbolçu "Pierikos"a keçidə üstünlük vermişdi.
U-21 yığmamızın sabiq üzvünün yayda Yunanıstan klubuna keçidi rəsmiləşə bilər.