"Qarabağ"ın kapitanı Maksim Medvedevin Premyer Liqanın 25-ci turunun "Sabah"a qarşı keçiriləcək oyununu buraxmaq ehtimalı var.
Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçunun zədəsi olduğundan onun meydana çıxması sual altındadı.
"Sabah" da bu görüşə ciddi itki ilə çıxacaq. Komandanın aparıcı üzvü Coy-Lens Mikkels vərəqə cəzalısı olduğundan "Qarabağ"a qarşı oynamayacaq.
"Qarabağ" - "Sabah" görüşü bu gün "Azərsun Arena"da 19:00-da start götürəcək.