Azərbaycan Premyer Liqasında 19-cu turun dünəndən təxirə salınan “Qəbələ” – “Zirə” matçı sona çatdıqdan sonra ev sahiblərinin çalışdırıcısı Elmar Baxşıyev mətbuat konfransında iştirak edib.
Newsport.az-ın məlumatına görə, Baxşıyev komandasından razılıq bildirib:
"Oyunun əhəmiyyətini bilirdik. Aydın idi ki, bizi ağır oyun gözləyir. Ümumi götürəndə, komandanın çıxışından razıyam. İstədiyimi meydanda gördüm, komanda daim hücumda olmağa çalışırdı. Çoxsaylı qol epizodları yaratdıq, sadəcə dəyərləndirə bilmədik. Ümumi götürəndə 1 xal hər iki komandanı razı sala bilər. Oyunun dinamikası yüksək idi. Baxmayaraq ki, komandalar 2 gün oynadı, amma həmin dinamika gələcəyə ümidlə baxmağa imkan yaradır”.