Rəşad Sadıqov: "Ürəyimdən keçən də oyunun heç-heçə bitməsi idi"

Azərbaycan Premyer Liqasının 19-cu turunun "Qəbələ" - "Zirə" matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında çıxış edib.

Newsport.az-ın məlumatına görə, Sadıqov matçla bağlı bunları deyib:

"İlk növbədə onu deyim ki, qəribə oyun alındı. Bir sutkadı ki, oyun bitmirdi. Dünən hava şəraitinə görə oyun dayandırılmışdı. Belə məqamlarda komandanı tonusda, konsentrasiyada saxlamaq çox çətindi. Hər iki komandanın futbolçularını təbrik etmək istəyirəm. Ürəyimdən keçən də oyununun heç-heçə bitməsi idi. Çünki hər iki komandanın futbolçularının əziyyətinə adamın heyfi gəlirdi. Kiminsə məğlub olmasını istəmirdim. Dünənki hava şəraiti çox çətin idi, hər iki komanda yaxşı mübarizə apardı. Hər iki komandanı təbrik edirəm. Oyun barədə danışılacaq çox şey yoxdu. İstər bu gün, istərsə də dünən hər iki komandanın qol epizodları oldu. Amma yenə deyirəm, ədalətli nəticə heç-heçə idi".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right