Azərbaycan yığması bu gün son matçına çıxır

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci raundunda bu gün sonuncu oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, millimiz Albaniyada təşkil edilən qrup mərhələsinin son oyununda Şotlandiyadan olan yaşıdları ilə üz-üzə gələcək.

Saat 17:30-da başlayacaq oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq

:Baş hakim: Lizzi Van Der Helm (Niderland)

Baş hakimin köməkçiləri: Aniek Zvaan (Niderland), Erinda Kume (Albaniya)
Dördüncü hakim: Kejsi Tafili (Albaniya).

​Xatırladaq ki, Azərbaycan yığması bundan əvvəlki oyunlarında Albaniyaya 0:1, Şimali Makedoniyaya isə 0:3 hesabıyla uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right