Azərbaycan Premyer Liqasında XIX turun “Neftçi” – “Sumqayıt” (2:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
Newsport.az-ın məlumatına görə, o, öncə matç barədə fikirlərini bildirdi...
- İlk dəqiqədən sonra kimi gərginlik var idi. Rəqibin də haqqını vermək lazımdır. Yaxşı mübarizə apardılar, bizə problemlər yaratdılar. Həddən artıq sıx müdafiə olunur, imkan vermirdilər. İkinci hissədə qapıya yaxınlaşmaq çətinləşmişdi. Seriyamızı davam etdirmək istəyirik. Uaşqlar əziyyət çəkdilər. Yolumuza davam edirik.
- Kənardan baxanda “Neftçi”nin çox arxayın olduğu təəssüratı yaranırdı...
- Rahatlıq deməzdim. Görünən odur ki, motivasiya var. Oyundan öncə rahatlıqdan əsər-əlamət yox idi. Biz buna imkan vermirik. “Neftçi” ilə "Sumqayıt"ın oyunları o qədər şişirdilib ki... Bu da gərginlik yaradırdı. Qol vurduq, dərhal da buraxdıq. Bir az gərginlik var idi. Son zərbələr çatışmırdı. İlk yarıda da oyunun taleyini həll edə bilərdik. Bunu aradan qaldırmalıyıq, belə çox uzağa gedəsi deyil.
- Kamran İbrahimovun oyunu barədə nə deyə bilərsiz?
- Sabah Kamrana ehtiyacımız ola bilər. Səhvi deyiləcək, göstəriləcək, Yerli qapıçıdır. Çempionatda limitə görə istifadə edirik. Təcrübə ilə bunları aradan qaldıracaq.
- Azər Əliyevə yerli oyunçu pasportunun verilməsi məsələsi nə yerdədir?
- Klubumuz bununla sıx məşğul olur. Mənim istyəyim bunun tez baş verməsidir. Bu oyunda heç bir plan pozulmadan o, oynamalı idi, daha hazırlıqlı ido. Limitin qəti əleyhinəyəm. Amma bundan da çıxış yolu axtarmalıyıq. Azər məsələsini klubumuz daha yaxşı bilər.