"Neftçi"yə məğlubiyyətdən sonra "qələbə resepti" - Baqadan açıqlamalar

Azərbaycan Premyer Liqasında XIX turun “Neftçi” – “Sumqayıt” (2:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aleksey Baqa jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, belaruslu mütəxəssis öncə matç barədə fikirlərini bildirdi...

- “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Rəqibin irəli xətt oyunçularını vurğulamaq istərdim. Bütün oyun ərzində çox aktiv oynayıb, komandamızı təzyiq altında saxladılar. Növbəti dəfə məğlub olduq. Çox danışmaq istəmirəm.

- Bu gün istəyin ustalığa uduzduğunu düşünmürsüz?
- Rəqibin heyətində kifayət qədər yaxşı futbolçular var. Bunun da nəticəsini gördük. Oyun bir neçə amildən ibarətdir. Hər kəs bacardığını etdi. Ancaq hətta belə komandalara qarşı da xal, qələbə qazanmaq lazımdır.

- Rəqibin ikinci qola qədər çox çılğın görünürdüz. Bu, rəqibin kimliyi ilə bağlı idi, yoxsa xalsızlıq sizi təngə gətirib?
- Özümüzə rəqib  seçə bilmərik. O vəziyyətdə deyilik. Xallar qazanmalıyıq. Bütün oyunlara sonuncu kimi çıxırıq. Emosiyalarım bununla bağlı idi.

- Rəqibləriniz sizi nə zaman qələbə münasibətilə təbrik edəcək?
- Düşünürəm ki, bu məqamda gəlib çatacaq. İndi peşəkarlığımızı qorumalıyıq. Qələbənin "resepti" budur. İnanıram ki, siz məni qələbəyə görə də təbrik edəcəksiz.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right