Azərbaycan Premyer Liqasında XIX turun "Neftçi" - "Sumqayıt" oyunu nəzərdə tutulan vaxtda - saat 18:15-də başlamayacaq.
Newsport.az xəbər verir ki, qarşılaşma saat 18:45-də start götürəcək.
Buna səbəb Qəbələdəki güclü qara görə "Qəbələ" - "Zirə" oyununun dayandırılması, nəzərdə tutulan vaxta qədər yekunlaşmamasıdır.